Çexiyanın Teplis şəhərində yeniyetmələr arasında keçirilmiş Avropa Kubokunda Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.
Sportnet.az xəbər verir ki, yığma üzvləri medal əyarında ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
Turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanılıbsa, ertəsi gün oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov, 81 kq-da Aslan Kotsoyev və +90 kq-da Ramazan Əhmədov 3 qızıl, 81 kq-da Hüseyn Eyvazlı bürünc medala sahib olub.
Digər cüdoçulardan 73 kq-da Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.