Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 46 kq-da çıxış edən idmançı finalda Mariya Jitovoza (Macarıstan) 0:7 hesabı ilə uduzub və Avropa 2-cisi olub.
Bununla da Esra qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.