
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportnet.az xəbər verir ki, 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.
Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.
-------------------------------------
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu gün həlledici görüşə çıxacaq.
Sportnet.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya uğrunda son şansdan yararlanmağa çalışacaq.
Ötən gün yarımfinalda uduzan güləşçi Olimpiadada iştirak hüququ əldə etmək üçün 3-cü yer uğrunda qarşılaşmadan qalib ayrılmalıdır. Hələlik M. Stadnikin rəqibi dəqiqləşməyib.
Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.