
Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb.
Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib.
97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.
Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
-------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada türkiyəli Mert İlbarsla üz-üzə gəlib.
Rəqibinə 1:2 hesabı ilə məğlub olan N. Quluzadə ikinci yerlə kifayətlənib.
Bu gün, həmçinin Qurban Qurbanov (82 kiloqram) final, Ruslan Nurullayev (72 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) bürünc mükafata yiyələniblər. Avropa çempionatı mayın 26-da başa çatacaq.