
Azərbaycanın iki sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) bu raunda vəsiqə qazanıblar.
Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq) və Rəvan Musayev (97 kq) isə əvvəlki mərhələlərdə uduzublar.
Bu gün həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) final görüşünə çıxacaqlar. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, əvvəlki dörd gündə Azərbaycan millisinin üzvləri 9 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələnib.
--------------------------------------
Azərbaycanın iki sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Rəvan Musayev (90 kq) 1/8, Elman Ağayev (57 kq) və Musa Ağayev (65 kq) isə 1/4 finalda məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici qarşılaşmalarda iştirak hüququ əldə edəcəklər.
Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) qızıl, Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qitə çempionu olublar. Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Ruzanna Məmmədova (59 kq) isə bürünc medala yiyələniblər.
-----------------------------------------
Azərbaycanın 8 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının beşinci günündə mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, bu gün həmçinin qadınlar arasında bəzi çəkilərdə mükafatçılar müəyyənləşəcək.
Sərbəst güləşçilərdən Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əli Tsokayev (79 kq) və Rəvan Musayev (97 kq) mübarizəyə ilkin mərhələdən başlayacaq.
Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) final görüşünə çıxacaq. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, əvvəlki dörd gündə Azərbaycan millisinin üzvləri 9 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələnib.