
"Həm gənclər və idman naziri, həm də futbol azarkeşi kimi hər bir komandamıza avrokuboklarda uğurlar arzu edirəm. İnanıram ki, komandalarımız üçün yeni rekordlar olacaq".
Sportnet.az xəbər verir ki Bunu teleqraf-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanı avrokuboklarda təmsil edəcək klublardan gözləntiləri barədə danışarkən deyib.
"Artıq "Qarabağ" ölkə çempionudur və bizi Çempionlar Liqasında təmsil edəcək. Qalan turnirlərdə Azərbaycanı kimin təmsil edəcəyi yaxın vaxtlarda müəyyənləşəcək. Hər birinə uğurlar arzulayıram. Hər dəfə çalışıram ki, oyunlarında iştirak edim və onları dəstəkləyim", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, "Zirə" mayın 2-də Azərbaycan Premyer Liqasında ikinci yeri təmin edib.