
Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Teleqraf-a verilən məlumata görə, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Azərbaycan milli komandasının üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan Qadjiyev ənənəvi yarışda bürünc medal qazanıb.
Qeyd edək ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.