Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının iki üzvü Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş gənclər arasında beynəlxalq turnirdə mükafat qazanıblar.
Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda iştirak edən Zülfüqar Əliyev (50 kq) gümüş, Kamran Mirzəliyev isə (60 kq) bürünc medal əldə edib.
96 kq-da yarışan Sayqidmaqomed Ömərov turniri beşinci sırada tamamlayıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib.