
Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.
Ağdam klubu Bolqarıstan çempionu “Lüdoqorets”lə görüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər 3 qol fasilədən sonra vurulub. "Lüdoqorets" qələbə topunu 87-ci dəqiqədə vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də baş tutacaq.
----------------------------------
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00. “Qarabağ” – “Ludoqorets” - 1:2
Qollar: Juninyo Olavio, 64 - Deroy Duarte, 56. Kayo Vidal, 87
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.