Rusiya mətbuatı Avropa Liqasının əsas mərhələsinin I turunun “Tottenhem” – “Qarabağ” matçından yazıb.
Sportnet.az xəbər verir ki, "Sport Ekspress" nəşri Londonda baş tutacaq görüşün darıxdırıcı keçməyəcəyini qeyd edib:
"Rəqiblərin üslubunda hücum futbolu var. "Tottenhem" Premyer Liqanın startında ən effektiv beş klubdan biridir. "Köhlən atlar" isə Azərbaycan çempionatında ən çox qol vuran komandalardandır. Qurban Qurbanovun komandası ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Braqa" (4:2, 2:3) və "Bayer"lə (2:2, 2:3) görüşlərdə effektivliyi ilə yadda qalıb. Beləliklə, Londondakı döyüş mütləq darıxdırıcı olmayacaq".
Qeyd edək ki, bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.