
İtaliyanın "Fiorentina" klubu Rumıniya millisinin keçmiş kapitanı George Hacinin oğlu Yanis Hacini heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, "Viitorula"dan transfer edilən 16 yaşlı futbolçu ilə müqavilə imzalanıb.
Lakin sazişin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Haci Rumiya çempionatında 7 oyunda iştirak edib və 1 dəfə fərqlənib. Onun keçmiş klubu mövsümü 11-ci pillədə başa vurub.








































































