Rusiya çempionatında yaranmış fasilə müddətində Bakıya səfərə gələn “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev “Sabah” Futbol Mərkəzində qonaq olub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, rusiyalı mütəxəssis burada Bakı təmsilçisinin prezidenti Maqsud Adıgözəlov və komandanın baş məşqçisi Vasili Berezutski ilə görüşüb.
Qeyd edək ki, Murad Musayev 2021-2014-cü illərdə “Sabah”ın baş məşqçisi olub.