
"Qəbələ”nin Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyunununda üz-üzə gələcəyi rəqib müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” iyunun 15-də Ərzurumun U-21 komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.








































































