"Son ev oyunumuz oldu. Şanslarımız az qalsa da, azarkeşlər bizim yanımızda idi. Sona qədər inandılar".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, bu il uğursuz seriya yaşayıblar: "Elə oyunlarımız olub ki, sonda nəticəni dəyişmişik. Düşünməzdik ki, 3 künc zərbəsi ilə 3 qol görərik. Belə gözləmirdik. Komandam çox əziyyət çəkdi. Bu il çox uğursuz seriyamız oldu. Məğlub olmamalı oyunları uduzduq. Amma bu da bir təcrübədir. Rəqibi təbrik edirəm".
O, rəqib həmkarı Elias Xaralambusun FCSB-nin qələbəsində bəxt amilini qabartmasına da münasibət bildirib: "Əvəllər bəxtə daha çox inanırdım. Gözləyirdim ki, bəxtimiz gətirər. Belə hallar yeni başladığım zamanlar olub. Ümumən daha çox çalışmaq lazımdır ki, onun bəhrəsini görəsən. Uğurlu və ya uğursuz olmaq mümkündür. Bu mənə çatmır. Rəqib baş məşqçi nə var onu deyirdi. Müdafiəni yox, həmişə hər mövqeni gücləndirmək lazımdır. Standart vəziyyətlərdən fərqləndilər. Bəlkə bəxtləri də gətirdi".
Qurbanov qapıda Fabian Buntiçə şans verməsinin səbəbini belə izah edib: "Mateuş Koxalski iki gün öncə zədələndi. Buntiçi qapıda qoyduğum üçün peşman deyiləm. Qol epizodlarının təkrarına baxdım, buraxdıqları çox da asan qollar deyildi".
Baş məşqçi rəqibi isə belə dəyərləndirib: "Ümumən pozitiv, nəticəyə oyanmağı bacaran komanda idi. Bu il fərqli seriyalarını keçirirlər. Həmişə döyüşkən rəqiblərə qarşı oynamaqdan zövq almışam. Rəqib də olsa, uğurlar arzulayıram. Avropa təcrübəsinə baxsaq, uğurlu klublar 4-5 ilə heyəti formalaşdırır. Daha sonra heyət geniş olur. Böyük klubları daim analiz edirik. Burada bir çox elementlər var.
Bizim heyətdə 3-4 futbolçu sadəcə iştirak ərizəsinə salınmışdı. Amma onların keyfiyyətlərindən istifadə edə bilmirdik. Juninyo kkmi oyunçular da bəzən epiozdları qaçıra bilirlər. Aleksey Kaşukun qaçırdığı epizod da asan deyildi. Onun orada olması və topa çatması mütləq idi. Onda potensial var, daha da yaxşı olacağına inanıram. Leandro Andrade digərlərindən seçilir. Lazım olanda mərkəzdə, bəzən də sağda oynadırıq. Sol ayaq olsaydı, elə də oynayardı. Lazım olan qədər biz ondan yararlanırıq. Heyəti genişləndirmək həmişə düşüncəmizdə var. Bizə lazım olan futbolçuları çalışacağıq ki, zamanında tapaq və komandanı gücləndirək. Son oyunumuz Yunanıstanda “Olimpiakos”ladır. Belə böyük klublarla oynamaq hər futbolçuya təcrübədir. Çünki bu cür komandalarla gələn mövsüm də qarşılaşa bilərik. Ola bilər ki, çempionat oyunlarında bir neçə tur futbolçularım bu nəticəni hiss etdirə bilər. Amma zamanla düzələcək.
FCSB-nin heyətində hər xətdə çoxlu lider oyunçular var. Baş məşqçinin seçdiyi oyun sxemini düzgün yerinə yetirə bilən oyunçular idilər. FCSB komanda şəklində yaxşı oynayır. Mənim diqqətimi transfer üçün cəlb edən futbolçu oldu, amma adını açıqlamayacağam.
Bu il Avropa turnirlərinə çox yaxşı hazırlığımız olmuşdu. Hətta Avstriyada yoldaşlıq oyunlarında komnadamız daha yaxşı təsir bağışlayırdı. Çempionıar Liqasında yaxşı çıxış etdik. Avropa Liqasının qrup oyunlarında da sadəcə, nəticə olmadı. Xorvatiyanın “Dinamo Zaqreb” komandası ilə oyunda çox qol epizodlarımız oldu, amma nəticə olmadı. Son illər cəsarətli futbol oyanyırıq. Böyük klublara təcrübəmiz çatmadığı üçün məğlub olmuşuq. Bugünkü oyunda 3 qolun standart vəziyyətdən vurulması sadəcə təsiredicidir.
Mərhələ adlaya bilməməyimizi yeni formatın üstünə atmayaq. Hər dəfə demək istəmirəm ki, qrupda olsaydım, daha yaxşı olardı. Alınmadı. Önümüzə baxacağıq".