“Çox çətin oyun idi. Elə də yaxşı başlamadıq. Amma mental olaraq özümüzü qələbəyə hazırlamışdıq”.
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında “Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç Avropa Liqasının VII turunda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.
27 yaşlı “əlcək sahibi” pley-off şansınının itirildiyi qarşılaşmanı belə şərh edib: “Biz qalib gəlmək istəyirdik, vacib oyun idi. Oyunboyu konsentrasiyamızı itirmədik. Sonda bu çətin vəziyyətdə, çətin oyunda və çətin atmosferdə qalib gəlsəydik, xoşbəxt olardıq. Amma alınmadı. Qələbə üçün oyuna tam fokuslanmalı idik. Azarkeşlər stadionda xoş ab-hava yaratmışdılar.Təəssüf ki, qalib gələ bilmədik. Dəstəklədikləri üçün doğma azarkeşlərimizə təşəkkür edirəm”.
Qeyd edək ki, “Qarabağ” 7 turdan sonra 3 xalla 35-ci pillədə yer alaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə şansını itirib.