![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738831984_21.jpg)
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.
2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabr ayına qədər davam edəcək.