![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739052224_real-atletiko1.jpg)
İspaniya La Liqasında XXIII turun mərkəzi görüşü "Real Madrid" və "Atletiko" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 35-ci dəqiqədə qonaq komandadan Xulian Alvares açıb. Meydan sahiblərinin bərabərlik qolunu isə 50-ci dəqiqədə Kilian Mbappe vurub.
Bu nəticədən sonra "Real Madrid" 50 xalla 1-ci, "Atletiko" 49 xalla 2-ci pillədə qalıb.