Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Estoniya yığması ilə görüşdə komandamız 3:0 hesablı qələbə qazanıb.
Yığmamızın heyətində Yaiza Reala, Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Qazaxıstan komandası üzərində 2:0 hesablı qələbə qazanmışdı.