2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 8-ci gününü iki məşqlə başa vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib.
Roman Qriqorçukun komandası məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb.
Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən Dodo komanda ilə birlikdə hazırlıq keçib. Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər. Milli üzvləri Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov komandaya təlim-məşq toplanışının ikinci hissəsində - Qəbələdə qoşulacaq.