
"Burada olduğum üçün çox xoşbəxtəm".
"Report" xəbər verir ki, bunu Polşanın "Radomyak" klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
Komandanın mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib: "Cümə günü hər kəsi görmək istəyirəm".
Qeyd edək ki, "Radomyak" fevralın 28-də Polşa çempionatının XXIII turunda "Vidzev"i qəbul edəcək.