
Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyuna saat 21:45-də start veriləcək.
Qeyd edək ki, yığma martın 25-də, saat 21:45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.