
İtaliyanın "Yuventus" klubu yeni transferini gerçəkləşdirib. Sportnet.az-ın məlumatına görə, Turin təmsilçisi "Atletiko"nun futbolçusu Mario Mancukiçlə müqaviləyə imza atıb.
Xorvatiyalı hücumçu ilə 4 illik saziş bağlanıb. 29 yaşlı futbolçu yeni klubunda ilinə 3,5 milyon avro qazanacaq.







































































