
Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan və Kamal Umudlunun idarə etdiyi görüşün start fiti saat 19:00-da səsləndiriib.
Matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
“Araz-Naxçıvan”ın heyətində Felipe Santos (dəq. 35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (dəq. 44), Leandro Andrade (77) və Emmanuel Addai (dəq. 90+6) rəqib qapısından keçirib.
83-cü dəqiqədə meydanda iki komandanın futbolçuları arasında dava düşüb. Nəticədə baş hakim Felipe Santosu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 3-cü yerdə gedən “Araz-Naxçıvan”ın isə 46 xalı var.
Azərbaycan Premyer Liqası
XXVI tur
8 mart
19:00. “Araz-Naxçıvan” – “Qarabağ” - 1:3
Qollar: Felipe Santos, 35 - Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6
Sarı vərəqələr: Bernardo Dias, 24 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 83 (qeyri-idman hərəkəti); Karlos Jatoba, 83 (qeyri-idman hərəkəti) - Yassin Benzia, 83 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 83 (qeyri-idman
hərəkəti); Musa Qurbanlı, 83 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Felipe Santos, 83 (təcavüzkar davranış)
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev (6. Vadim Abdullayev, 53) 34. Urfan Abbasov (k) (22. Elçin Mustafayev, 46) 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 17. İssuf Paro 23. Nuno Rodriqes 8. Karlos Jatoba 97. Felipe Santos 10. Bernardo Dias (7. Ülvi İsgəndərov, 66) 9. Əyyub Allaş (21. Sezar Meza Kolli, 78)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 26. Ömər Buludov 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 71) 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 79) 10. Abdullah Zubir (11. Emmanuel Addai, 89) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva (29. Marko Veşoviç, 71) 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 79)
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 24. Aleksey İsayev 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
"Liv Bona Dea Arena", 300 tamaşaçı
Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.