
UEFA Rusiyanın "Dinamo" klubunu bir mövsümlük avrokuboklardan kənarlaşdırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "R Sport"a klub rəsmisi Vasiliy Titov xəbər verib.
Buna səbəb Moskva təmsilçisinin maliyyə "fair-pley" qaydalarını pozması səbəb olub. Rusiya klubunun məsələ ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm "Dinamo"nu Avropa Liqasında "Rubin" klubu əvəzləyəcək.








































































