
Yığmanın üç futbolçusu Haiti və Belarusla yoldaşlıq görüşləri üçün düşərgəyə çağrılmayıb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Emin Mahmudov(“Neftçi”), Abbas Hüseynov (“Qarabağ”) və Anatoli Nuriyev (“Sabah”) zədə və lazımi qədər hazırlıqlı olmamaları səbəbindən yığmanın təlim-məşq toplanışına cəlb olunmayıb.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də Haiti, martın 25-də isə Belarus yığmasına qarşı yoldaşlıq oyunları keçirəcək.