
"Qarabağ" təlim-məşq toplanışında olduğu Avstriyada ilk məşqinə çıxıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayan məşqə komanda tam heyətlə çıxa bilməyib.
İlk gün yüngül məşqlə kifayətlənən "Qarabağ"ın bu günə 2 məşqi planlaşdırılıb.







































































