
“Sabah” klubu Azərbaycan çempionatında bir mövsümdə ən çox heç-heçə edən komanda rekordunu təkrarlayıb.
Sportnet.az xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə (1:1) təsadüf edib.
Paytaxt təmsilçisi Misli Premyer Liqasının 2024/2025 mövsümündə 14-cü heç-heçəsini rəsmiləşdirib.
Bunadək üç dəfə eyni klub 14 "sülh"ə imza atıb. 2009/2010 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.
Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir "sülh"lə “Sabah” mütləq rekordun müəllifi olacaq.