
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Belek qəsəbəsindəki "Susesi" İdman Mərkəzində təşkil olunmuş oyun qolsuz yekunlaşıb.
Beləliklə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Antalya toplanışını məğlubiyyətsiz başa vurub. U-21 ilk yoxlama matçında Moldova yığmasını 2:0 hesabı ilə məğlub etmişdi.
Yoldaşlıq görüşü
25 mart
21:00. Azərbaycan - Şimali Makedoniya - 0:0
Azərbaycan U-21 millisinin start heyəti: 1. Səlim Həşimov, 2. Raul Məmmədov, 5. Emin Rüstəmov, 20. Ayxan Süleymanlı, 3. Rüfət Abbasov, 14. Nadir Orucov, 24. Oruc Məmmədov, 8. Emil Süleymanov, 7. Murad Məmmədov, 9. Nihat Mehralıyev, 19. Sadiq Şəfiiyev