
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Sportnet.az-ın məlumatına görə, VII qrupda yer alan İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv meydan sahibləri Xorvatiya ilə üz-üzə gələcək.
Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
20:00. Xorvatiya - Azərbaycan
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
27 mart. Omiş. Ribnjak İdman Sarayı
Qeyd edək ki, U-19 ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.