
Türkiyə Super Liqasında XIX turun mərkəzi oyununda bu gün “Beşiktaş” lider “Qalatasaray”la görüşəcək.
Sportnet.az xəbər verir ki, Tüpraş stadionunda təşkil olunacaq İstanbul derbisinin baş hakimi Yasin Kol olacaq.
Superliqada “Beşiktaş” 44 xalla 4-cü pillədədir. Keçirdiyi 27 matçdan 22-də qalib gələn, 5-də isə heç-heçə edən “Qalatasaray” isə 71 xalla vahid liderdir.
Mövsümün ilk dövrəsində “Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.