
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Türkiyə yığması ilə oyunda Azərbaycan millisi məğlub olub – 1:3. Millimizin heyətində yeganə qolu 34-cü dəqiqədə Elgün Sadıqlı vurub.
Xorvatiyada keçirilən turnirdə yığmamız 3 oyuna cəmi 1 xal qazanaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzan Azərbaycan komandası Xorvatiya ilə heç-heçə edib - 3:3.