
AFFA-nın balansında olan stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsait müəyyənləşib.
Sportnet.az xəbər verir ki, AFFA-nın hesabatında bildirilib.
Məlumatda 2024-cü ildə idman obyektlərinə ümumilikdə 2 milyon 445 min 433 manat xərcləndiyi qeyd olunur.
1 milyon 231 min manat “Dalğa Arena”ya, 396 min manat Bakı Olimpiya Stadionuna, 321 min 312 manat “ASCO Arena”ya, 276 min 996 manat Milli Komandaların Məşq Mərkəzinə, 184 min 906 manat Şamaxı şəhər stadionuna, 87 min 759 manat Təhsil və Reabilitasiya Mərkəzinə, 75 min 534 manat Binə stadionuna, 44 min 344 manat Ağsu stadionuna, 37 min 524 manat "Neftçi Arena"ya, 11 min 827 manat vasait isə Mingəçevir şəhər stadionuna ayrılıb.