
Azərbaycan Premyer Liqasındakı klublara ayrılan vəsaitin məbləğində artım olmayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, klublara vəsait yalnız dövlətdən və AFFA-dan gəlməməlidir: "Daha çox sponsor cəlb etməyə çalışmalı, dayanıqlı maliyyələşmə mənbələri olmalıdır.
Yalnız dövlət vəsaiti hesabına klubu inkişaf etdirmək mümkün deyil. Klublara ayrılan ümumi məblləğdə dəyişiklik baş verməyəcək Bu isə o deməkdir ki, klub sayı artsa belə, ümumi məbləğ dəyişməyəcək.
Bu zaman artım olacaq, yoxsa azalma? Bununla bağlı AFFA İcraiyyə Komitəsində müzakirələr aparılacaq".