
AFFA İntizam Komitəsi “Səbail-2” klubunu fotoqrafa görə cərimələyib.
Sportnet.az xəbər verir ki, hadisə Əvəzedicilər Liqasının XXIX turu aprelin 6-da keçirilən “Turan Tovuz”la oyunda baş verib.
Belə ki, “dənizçilər”in fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə klub 50 manat ziyana düşüb.
Qeyd edək ki, “Səbail-2” – “Turan Tovuz-2” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsilə bitib.