
Almaniya milli komandasının sabiq futbolçusu Bastian Şvaynştayger və dünyanın keçmiş bir nömrəli tennisçisi Ana İvanoviç 9 illik evlilikdən sonra boşanır.
Sportnet.az "Bunte" nəşrinə istinadən xəbər verir ki, cütlük təxminən iki ay əvvəl ayrılmaq qərarına gəliblər.
Boşanmaya səbəb Şvaynştaygerin işi ilə əlaqədar Almaniyada, İvanoviçin isə Serbiyada yaşaması göstərilir. Cütlüyün üç oğlu var.
Qeyd edək ki, Bastian Şvaynştayger vətənində "Bavariya", İngiltərədə "Mançester Yunayted" və ABŞ-də "Çikaqo Fayrs" klublarında çıxış edib. O, 2019-cu ildə, Ana İvanoviç isə 2016-cı ildə karyerasını bitirib.