
Türkiyə təmsilçisi "Qalatasaray" futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına bildiriş göndərib.
Uruqvaylı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildən "Qalatasaray"da çıxış edən Torreyra bu müddət ərzində 123 oyun keçirib və 4 qol vurub.