
İtaliyanın "Latsio" klubunun rəhbərliyi Roma Papası Fransiskin vəfatına görə A Seriyasının XXXIII tur oyunlarının təxirə salınması qərarından narazı qalıb.
Sportnet.az "Corrire dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Cenoa" ilə səfər matçının yeni tarixi barədə məlumatın vaxtında açıqlanmamasına qəzəblidir.
"Latsio" "Cenoa" ilə aprelin 21-də üz-üzə gəlməli idi. Lakin həmin gün Papanın öldüyü məlum olub. Bununla əlaqədar bazar ertəsinə planlaşdırılan bütün qarşılaşmalar təxirə salınıb. Nəticədə "Latsio" qısa müddətdə çarter reysli təyyarə ilə Genuyanı tərk edərək, Romaya qayıdıb.
Bundan sonra isə məlum olub ki, "Çenoa" ilə görüş aprelin 23-də keçiriləcək. Paytaxt təmsilçisi bir sutka sonra yenidən Genuyaya səfər etmək zorunda qalıb.