
taliya Kubokunda ilk finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, səfər oyununda “İnter”i 3:0 hesabı ilə darmadağın edən “Milan” növbəti mərhələyə adlayıb.
Qalib komandanın heyətində Luka Yoviç dubla imza atıb. “Milan”ın digər qolunu Teyani Reynders vurub.
Bu komandalar arasında yarımfinal mərhələsinin ilk oyununda heç-heçə (1:1) qeydə alınmışdı.
“Milan”ın finaldakı rəqibi bu gün baş tutacaq “Bolonya” – “Empoli” görüşündən sonra bəlli olacaq. İlk oyunda səfərdə 3:0 hesabı ilə qalib gələn “Bolonya” finalın bir addımlığındadır.
Final qarşılaşması mayın 14-də Milanda keçiriləcək.