
İtaliya A Seriyasının XXXIV turunda baş tutmalı olan “Atalanta” – “Leççe” oyunu qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümü səbəbindən başqa tarixə keçirilib.
Sportnet.az xəbər verir ki, bu barədə "Leççe"nin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın daha əvvəldən aprelin 25-də oynanılması nəzərdə tutulmuşdu. Lakin məlum səbəbə görə, matç bundan 2 gün sonra - aprelin 27-də reallaşacaq.
Qeyd edək ki, 47 yaşlı klub işçisi otağında ölü tapılıb.