
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası XXX turda "Lex"i qonaq edib.
Radom şəhərindəki Çaxor qardaşlarının adına olan stadionda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Matça əsas heyətdə başlayan Dadaşov 65-ci dəqiqədə əvəzlənib.
“Radomyak” hazırda 36 xalla turnir cıdvəlinin 13-cü pilləsində yer alıb.
Qeyd edək ki, Renat Dadaşovun komanda yoldaşı Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.