
Azərbaycan milli komandasının və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli zədələnib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu səfərdə "Fortuna Düsseldorf" komandasına qarşı XXXI tur matçında bilək sümüyünü qırıb.
Hazırda cərrahi müdaxilə olmadan müalicə alan Emreli məşqlərdə və oyunlarda qoruyucu şinlə iştirak edə biləcək.
Qeyd edək ki, Mahir Emreli "Fortuna Düsseldorf"la görüşdə komandasının ikinci qolunu vurub. Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.