
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçunun komandası XXXIII turda "Köln” klubunu qəbul edib.
“Maks Morlok” stadionda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əsas heyətdə meydana çıxan Emreli 46-cı dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası 1:0 hesabı ilə öndə olub. Lakin fasilədən sonra "Köln" 2 qol vuraraq, əzmkar qalibiyyətə imza atıb.
“Nürnberq” hazırda 45 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm ərzində meydana çıxdığı 23 oyunda 8 qol və bir məhsuldar ötürmə müəllifi olub.