
“Sumqayıt”ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Bədəlov mövsümünün sonunda “Neftçi”yə tranfer oluna bilər.
Bu barədə Sportnet.az-a 30 yaşlı müdafiəçinin özü açıqlama verib.
“Kimyaçılar”la müqaviləsi növbəti ay başa çatan kapitan gələcək karyerasını bu klubda davam etdirib-etdirməyəcəyinə hələ qərar vermədiyini söyləyib.
Bədəlov “ağ-qaralar”a keçidinin mümkünlüyünü də istisna etməyib: “İndiki məqamda “Sumqayıt”dakı taleyim barədə heç nə deyə bilmərəm, qoy, iki tur da keçsin. Ondan sonra baxarıq. Düzdür, hazırda “Neftçi”dən təklif yoxdur. Olsa da indi yox, mövsümün sonunda dəqiqləşəcək”.
Qeyd edək ki, Samir Abasov “ağ-qaralar”ın “sükanı arxası”na keçdikdən sonra sərəncamında görmək istədiyi futbolçular siyahısında Elvin Bədəlovun adı olub. Lakin maddi məsələlər səbəbindən transfer qış fasilə dönəmində gerçəkləşməyib. Bədəlov 2014 - 2017-ci illərdə “Neftçi”nin formasını geyib.