
Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının məkanı müəyyənləşib.
Sportnet.az bu haqda UEFA-nın saytına istinadən məlumat yayıb. Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq.
Matç sentyabrın 5-i Reykyavik şəhərindəki “Laugardalsvöllur” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.