
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatın ilk günündə A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkib.
Sportnet.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 15-ci dəqiqədə Azərbaycan yığmasının üzvü Mirmehdi Rzayev açıb.
25-ci dəqiqədə isə qonaqların oyunçusu Ahmed Antar müdafiə xəttindəki kobud səhvdən yararlanaraq, bərabərlik qolunu vurub.
A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Görüş saat 23:00-da başlanacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.