
"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Polşaya yollanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-11 “Murapol Cup” turnirində iştirak edəcək.
Sayca 13-cü dəfə təşkil olunacaq ənənəvi beynəlxalq yarışın oyunları 23 - 25 mayda keçiriləcək.
Baş məşqçi Eldəniz Qiyasovun rəhbərlik etdiyi komandada 14 futbolçu yer alıb: Rza Tağızadə, Elman Aydınov, İbrahim Abuşov, Məzahir Məmmədov, Kamran Rzayev, Kərim Topçibaşev, Tamerlan Baytalov, David Pavlov, Bəxtiyar Əzimov, Şakir Muradov, Elcan Qubadlı, Nihad Hüseynli, Əli Mehdiyev, Yusif Cəbrayılsoy.
Qeyd edək ki, turnirin püşkatma mərasimi mayın 23-də gerçəkləşəcək.