
Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında bu gün III tura start veriləcək.
Sportnet.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Mavritaniya ilə üz-üzə gələcək. Oyun saat 19:30-da başlanacaq.
İlk 2 turdan sonra hər iki komandanın aktivində 4 xal var. Azərbaycan millisi uduzmasa, 1/8 finala lider kimi yüksələcək.
Qrupun digər matçında hərəyə 1 xala malik Bəhreynlə Sloveniya qarşılaşacaq. Qarşılaşmanın start fiti daha erkən - 14:00-da çalınacaq.
C qrupunda isə eyni xal durumunda olan İngiltərə və Türkiyə millilərinin görüşü maraqla gözlənilir.
Dünya çempionatı
III tur
25 may
A qrupu
14:00. Bəhreyn - Sloveniya
19:30. Azərbaycan - Mavritaniya
Xal durumu: Azərbaycan - 4, Mavritaniya - 4, Sloveniya - 1, Bəhreyn - 1
B qrupu
12:45. Özbəkistan - Çad
22:00. Rumıniya - Fransa
Xal durumu: Fransa - 4, Rumıniya - 3, Çad - 3, Özbəkistan - 0
C qrupu
16:30. Macarıstan - Ukrayna
18:15. Türkiyə - İngiltərə
Xal durumu: İngiltərə - 4, Türkiyə - 4, Macarıstan - 2, Ukrayna - 0
D qrupu
15:15. Hindistan - Portuqaliya
20:45. Slovakiya - Bolqarıstan
Xal durumu: Portuqaliya - 6, Slovakiya - 3, Bolqarıstan - 0, Hindistan - 0.
Qeyd edək ki, turun qalan 8 oyunu mayın 26-da keçiriləcək.