
Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final cütlərindən yarısının tərkibi və vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, A qrupunu lider kimi tamamlayan Azərbaycan millisi növbəti mərhələdə B qrupunun ikincisi Rumıniya ilə üz-üzə gələcək.
Mayın 27-də təşkil olunacaq qarşılaşma saat 20:30-da başlanacaq. Bu, günün üçüncü matçı olacaq.
Digər görüşlərin tərkibi isə belədir:
Dünya çempionatı, 1/8 final
27 may
17:30. İngiltərə - Bolqarıstan
19:00. Portuqaliya - Macarıstan
22:00. Fransa - Mavritaniya
Qeyd edək ki, qalan 1/8 final cütlərinin tərkibi mayın 26-da müəyyənləşəcək.