
"Neftçi" klubu Avstriyada son yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Ukrayna "Şaxtyor"u olub.
Görüş "Şaxtyor"un minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 81-ci dəqiqədə Sergey Bolbat vurub.
Donetsk komandası meydana eksperimental heyətlə çıxıb. Baş məşqçi Mirça Luçesku Kaniboltski (Xucamov, 46), Karavayev, Ordets, Volovik (Duts, 82), İsmaili (Sobol, 46), Malışev, Dentinyo (Tankovski, 82), Vellinqton (Bolbat, 71), Teyşeyra (kap.), Marlos, Ferreyra (Qrin, 46)
"Neftçi": 1.Aqil Məmmədov, 20. Kamal Qurbanov, 95. Elvin Bədəlov (Rahil Məmmədov, 85), 5. Melli, 6. Ailton, 17.Rəhman Hacıyev (Orxan Qurbanlı, 87), 8. Elşən Abdullayev (Cavid İmamverdiyev, 75), 7.Araz Abdullayev (Nicat Qurbanov, 80), 21. Samir Məsimov (Mirabdulla Abbasov, 77), 14. Məhəmməd Qurbanov, 15. Ruslan Qurbanov (Kaue Silva, 69).




































































