
Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 oyun təşkil olunacaq.
A qrupunun lideri Azərbaycan millisi B qrupunun ikincisi, son mundialın qalibi Rumıniya ilə qarşılşacaq.
A qrupunun ikincisi Mavritaniya seçməsi B qrupunun lideri Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final mərhələsinə mayın 28-də yekun vurulacaq.
Dünya çempionatı
1/8 final
27 may
17:30. İngiltərə - Bolqarıstan
19:00. Portuqaliya - Macarıstan
20:30. Azərbaycan - Rumıniya
22:00. Fransa - Mavritaniya.